Deputatın faciəli şəkildə ölən oğlunun cənazəsi Bakıya gətirilir
26 Yanvar 2019 16:41 SosialMillət vəkili Əsabil Qasımovun İsveçrədə qış turizm mərkəzində faciəvi şəkildə vəfat edən 29 yaşlı oğlu Elçin Qasımovun cənazəsi Azərbaycana gətirilir.
Publika.az xəbər verir ki, E.Qasımovun cənazəsinin gətirilməsi üçün Azərbaycandan İsveçrəyə çarter reysi ilə təyyarə göndərilib və bu saatlarda təyyarə xüsusi reyslə birbaşa Bakıya yola düşüb. Ə.Qasımovun oğlunun "Qurd Qapısı" məzarlığında dəfn ediləcəyi gözlənilir.
Qeyd edək ki, Ə.Qasımovun oğlu Elçin Qasımov yanvarın 23-də İsveçrədə qış turizm mərkəzində xizək sürərkən bədbəxt hadisə nəticəsində vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31