Altsheymer xəstəliyinin inkişafını ləngidən üsul tapılıb
25 Yanvar 2019 11:21 SosialBraziliya və Kanadadan olan bir qrup alim Altsheymer xəstəliyinin inkişafını ləngidən üsulu tapdığını bəyan edib.
Alimlər siçanlar üzərində aparılan təcrübələr əsasında bu qənaətə gəlib.
Onların fikrincə, fiziki məşğuliyyət bu xəstəliklə mübarizədə kömək göstərir.
Təcrübələr nəticəsində məlum olub ki, fiziki hərəkətlər nəticəsində siçanlarda irizin hormonu fəallaşır ki, bu da təkcə piyin əriməsində deyil, həm də beynin fəaliyyətinə müsbət təsir göstərir.
Hələlik alimlər lazımi effektin alınması üçün nə qədər vaxtın tələb olunduğunu bilmir:
"Fiziki aktivlik beyin fəaliyyəti və Altsheymer kimi bu fəaliyyəti zədələyən xəstəliklərin müalicəsi üçün çox vacibdir".
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31