Bu olay sizi DƏHŞƏTƏ GƏTİRƏCƏK: yeni doğulmuş körpəni bidona qoydular və...
24 Yanvar 2019 23:19 SosialTürkiyənin Dənizli bölgəsində yaşanan hadisə hər kəsi şoka salıb.
Publika.az xəbər verir ki, Sarayköydə tarla ərazisində plastik bidonun içinə qoyulmuş körpə cəsədi tapılıb. Göbəyindəki sancaqdan körpənin xəstəxanada doğulduğu ehtimal olunur. Cəsəd çürüdüyü üçün körpənin cinsiyyətini müyyən etmək mümkün olmayıb. Körpənin ölüm səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.
Polis əməkdaşları uşağın anasını və körpəni ora atanları tapmaq üçün axtarışa başlayıb. Bidon tarlada qoyun otaran çobanlar tərəfindən tapılıb. İlkin ehtimala görə, uşaq 3 ay əvvəl dünyaya gəlibmiş.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31