Rəmiş xəstəxanaya yerləşdirildi

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib.  
 

Qafqazinfo  xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən gitara ifaçısı qonaq olduğu "Səni axtarıram" proqramından birbaşa klinikaya göndərilib.

Aparıcı Xoşqədəm Hidayətqızı bildirib ki, veriliş heyəti 74 yaşlı musiqiçinin müalicəsini öz üzərinə götürüb.

Bu məqamda qeyd edək ki, Rəmişin xəstə olması barədə ilk dəfə prodüser Tarix Əliyev (Tolik) "Hər şey daxil" proqramında məlumat vermişdi. O, ifaçının müalicə xərcinin 10 min manat olduğunu açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31