Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib
Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) tərəfindən Şamaxıda “Praktiki mühəndislik və liderlik” təlimləri təşkil edilib.
24 Yanvar 2019 18:51 SosialŞamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) tərəfindən Şamaxıda "Praktiki mühəndislik və liderlik" təlimləri təşkil edilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnforfasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov bildirib ki, "Robopark" layihəsi çərçivəsində indiyədək Bakı şəhərində tədbirlər keçirilib, regionlarda isə ilk dəfə olaraq Şamaxı şəhərində belə bir təlim təşkil olunur.BMT-nin İnkişaf Proqramının layihə meneceri Vasif Məmmədov gənclərin müasir texnologiya sahəsində əldə etdiyi biliklərin onların gələcək hazırlığında mühüm rol oynayacağını qeyd edib.
Tədbirdə təqdimatla çıxış edən Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının mütəxəssisləri akademiya tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər. Bildirilib ki, məşğələlər, əsasən, 8-16 yaş aralığında uşaqları əhatə edəcək. Məlumat verilib ki, 4 ay ərzində davam edəcək "Mən Pilotam" təlimi (dronların öyrənilməsi, yığılması, test edilməsi) isə 8-12 yaş məktəblilərə dron texnologiyalarını öyrənmək və əyləncəli vaxt keçirmək imkanı yaradacaq.