Bakıda qadına təcavüz edib gizlənən kişi ələ keçdi – Təfərrüat
24 Yanvar 2019 13:59 SosialBakının Binəqədi rayonunda seksual xarakterli cinayət baş verib.
Teleqraf.com-un məlumatına görə, rayon ərazisində A.Həsənov bir qadını seksual xarakterli hərəkətlərə məcbur edib.
Seksual zorakılığa məruz qalan qadın hüquq-mühafizə orqanlarına şikayət edib.
A.Həsənovun barəsində şikayət olunsa da, bir müddət onu tutmaq mümkün olmayıb.
Dünən 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 151-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə ) maddəsi ilə ittiham elan edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31