Villası alınan deputatdan son xəbər: Vəzifəsi...

Azərbaycan Dövlət İqtisad Universitetinin qiymət və qiymətləndirmə kafedrası bağlanıb.

Bu barədə Unikal.org-a Azərbaycan Dövlət İqtisad Universitetindən məlumat verilib.

Bununla bağlı UNEC-in Elimi Şurasının qərarı ilə ləğv edilib.

Qeyd edək ki, sözügedən kafedranın müdiri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı olub.

Xatırladaq ki, bundan öncə X.Kazımlının Yapı Kredi Bank Azərbaycan QSC-yə borc müqabilində girov qoyduğu Novxanıdakı villası əlindən alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31