200-lə sürdüyü maşınla dəhşətli QƏZA TÖRƏTDİ - Avtomobil İKİYƏ BÖLÜNDÜ və...
23 Yanvar 2019 10:42 SosialBakıda ağır yol qəzası baş verib.
Publika.az xəbər verir ki, qəza Suraxanı rayonu ərazisində, Hava limanına gedən beton yolun 7-ci kilometrliyində qeydə alınıb.
Saatda 200 km sürətlə hərəkət edən "Daevoo" markalı 10 PU 395 dövlət qeydiyyat nişanlı avtomobil iki yolu ayıran dəmir arakəsməyə çırpılıb və maşın iki hissəyə ayrılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin hadisə yerində keçinib. Sürücü 1994-cü il təvəllüdlü Babayev Əhməd Gülməmməd oğlu ağır xəsarət alıb. 3 saylı şəhər xəstəxanasına yerləşdirilən 25 yaşlı Əhmədin həyatını xilas etmək mümkün olmayıb.
Qəzaya uğrayan avtomobildə olanların toydan qayıtdığı bildirilir.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31