"Neft Daşları"ndakı meydança belə çökdü - BİR ANDA YOX OLDU
22 Yanvar 2019 15:31 SosialSOCAR son günlərdə müşahidə edilən kəskin hava şəraitinin törətdiyi fəsadlarla bağlı məlumat yayıb.
Açıqlamada "Neft Daşları" NQCİ-nin istehsalat ərazisində, "Palçıq-pilpiləsi" yatağında 1967-ci ildə istismara verilmiş 1047 saylı meydançanın çökdüyü bildirilib. Həmçinin qeyd edilib ki, Neft Daşlarının II, III və IV mədən ərazilərində meydançalararası yolun köhnə, istifadə olunmayan hissəsi dağılıb.
Publika.az "Palçıq-pilpiləsi" yatağında çökən meydançanın fotolarını əldə edib. Həmin görüntüləri təqdim edirik:


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31