Qanlı Yanvar hadisələri Braziliyada anıldı
22 Yanvar 2019 14:01 SosialQanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı Braziliyada fəaliyyət göstərən bir sıra nüfuzlu mətbuat orqanlarında məlumat yayılmışdır. Dərc edilmiş məqalədə 20 Yanvar hadisələrinin xülasəsi və Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinin pres-relizi yerləşdirilmişdir.
Braziliyanın nüfüzlu "Embassy Brasilia" və "Brasilia in foco" xəbər portallarında Azərbaycan xalqının müstəqillik uğrunda keçdiyi yoldan, sovet qoşunlarının 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda törətdikləri insanlığa qarşı cinayətlər və bu hadisələrlə bağlı, Ulu Öndər Heydər Əliyevin, o zamankı sovet rəhbərliyinə qarşı qətiyyətlə qarşı çıxması və törədilmiş hadisələri pisləməsi faktıda yer almışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31