Azərbaycanın 72 yaşlı səfiri VƏFAT ETDİ

Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova vəfat edib.

E.Hüseynova 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, E.Hüseynova 1947-ci ildə Bakı şəhərində anadan olub. O, 1994-2004 Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, 2004-2013-cü illərdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olub.

Vəfat edənə qədər fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsini daşıyırdı. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31