Neftçilər xəstəxanası təkzib edir

Hörmətli Oğuz Yunus! Baş redaktoru olduğunuz Olaylar qəzetində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının işçisi Abdullayeva Könül Əziz qızının müraciətinə əsasən, “Neftçilər Xəstəxanasında özbaşınalıq” adı altında dərc edilən məqalə tamamilə əsassızdır, şər və böhtan xarakterlidir, əsla həqiqəti əks etdirmir və atılan bu addım bir sıra şəxslərin Mərkəzi Neftçilər Xəstəxanasının yeni rəhbərliyinin şəffaf fəaliyyətinə kölgə salmaq məqsədilə apardığı qaralama kampaniyasının bir hissəsidir və təəssüf hissi ilə qeyd etməliyik ki, həmin şəxslər bu çirkin əməllərinə uzun müddət xəstəxanada çalışan işçini də alət edə biliblər.

Hörmətli Oğuz Yunus!

Baş redaktoru olduğunuz Olaylar qəzetində  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının işçisi Abdullayeva Könül Əziz qızının müraciətinə əsasən, "Neftçilər Xəstəxanasında özbaşınalıq" adı altında dərc edilən məqalə tamamilə əsassızdır, şər və böhtan xarakterlidir, əsla həqiqəti əks etdirmir və atılan bu addım  bir sıra şəxslərin Mərkəzi Neftçilər Xəstəxanasının  yeni rəhbərliyinin şəffaf  fəaliyyətinə kölgə salmaq məqsədilə apardığı  qaralama  kampaniyasının bir hissəsidir və təəssüf hissi ilə qeyd etməliyik ki, həmin şəxslər  bu çirkin əməllərinə uzun müddət  xəstəxanada çalışan işçini də alət edə biliblər. 

Bar verən ağac daşlanır bu  tarix boyu belə olub və olacaqdır. Ülvi Mirzoyev Azərbaycan tibb elminə öz töhvələrini verən  perspektivli  və səriştəli ürək invaziv kardioloqudur. Tibb elmi üzrə üzrə fəlsəfə doktorudur, 2018-ci il tarixində alimlik dərəcəsi almışdır. O Azərbaycan Respublikasında aldığı  tibb təhsilini  bir sıra xarici ölkələrdə (2000-2004-cü illərdə - Ankara Universiteti Tibb Fakültəsi Kardiologiya üzrə uzmanlıq;

2009-cu il - ABŞ Klivlend klinikası (Ohayo), Koronar müdaxilələrin İVUS ilə optimizasiyası, TAVI (Transkateter aortal qapaq implantasiyası) üzrə ixtisaslaşma;

2011-ci il - Almaniya Heidelberq Universiteti Transkateter Renal Denervasiya üzrə ixtisaslaşma üzrə ) davam etdirmişdir.

O bir sıra ölkələrin nüfuzlu  tibb müəssisələrində çalışsa da əldə etdiyi bilik və bacaraqlarını öz ölkəsində tətbiq etmək, Azərbaycan səhiyyəsini inkişaf etdirmək, öz həmvətənlərinə yüksək keyfiyyətli tibbi xidmət göstərmək məqsədilə Azərbaycana geri dönmuş tibb fəaliyyətinə öz vətənində davam etmiş və hazırda Mərkəzi Neftçilər Xəstəxanasında həkimlik fəaliyyəti ilə yanaşı, ona həvalə edilən rəhbərlik  məsuliyyətinin öhdəsindən də şərəflə gəlməyə çalışmaqdadır. Bir həkim olaraq o öz sözünü artıq demişdir.

Onun Mərkəzi Neftçilər Xəstəxanasına rəhbər təyin olunması təsadüfi deyil. O tibb müəssisələərinin idarə edilməsi sahəsində ixtisaslaşmışdır. Belə ki, o, 2015-2017-ci illərdə  Hacettepe Universiteti tibb müəssisələrinin  təşkili və idarəçiliyi üzrə təhsil almış, hazırda da İngiltərə və dünyanın ən nüfuzlu universitetlərindən biri olan The London School of Economics də də Səhiyyənin idarəetməsi üzrə elmi fəaliyyətini davam etdirir.

"Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə" Prezident Administrasiyasının 05.01.2017-ci il tarixli 2/11 nömrəli tapşırığına əsasən Səhiyyə Nazirliyində korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə dair əmr imzalanıb və bu əmrin icrası çərçivəsində ölkədə təqdirəlayiq işlər görülüb. Bunlardan biri də, Ü.Mirzoyevin Cənab Nazir Oqtay Şirəliyevin 01 oktyabr 2018-ci il tarixli  əmri ilə Mərkəzi Neftçilər Xəstəxanasına baş direktor təyin  edilməsidir.

Ü.Mirzoyevin MNX-ya rəhbər təyin edilməsindən qısa müddət keçməsinə baxmayaraq o xəstəxanada baş alıb gedən korrupsiyanın qarşısı almaq üçün müvafiq tədbirlər görmüş dövlət büdcəsini illər boyu çapıb talayan şəxslərin xəstəxanada hörümçək toru kimi qurduqları qanunsuz bizneslərini darmadağın etmişdir. Bu da normal olaraq kimlərinsə mənafeyinə toxunduğu üçün bugünkü gün bu məsələlər gündəmə gətirilərək onun barəsində qaralama kampaniyasına başlanılmışdır.

Bu məsuliyyətin altına girdikdə təxmin edilirdi ki, belə neqativ hallar baş verəcək, lakin bu qədər tez bir müddətdə başlanması onu bizə sübut etdi ki, Ülvi Mirzoyev düz yoldadır və ona həvalə olunan bu işin öhdəsindən uğurla gəlməyi bacarır. Xəstəxanada aparılan islahatlar artıq  öz bəhrəsini verir, xəstəxana içərisində olduğu borc bataqlığından ən qısa zamanda beynəlxalq standartlara cavab verən tibb ocağına çevriləcəkdir.

Könül Abdullayeva ilə aparılan söhbətlərdə özü də etiraf etmişdir ki, o xəstəxanada Ülvi Mirzoyevin  rəhbərlik etdiyi müddətdə heç bir korrupsiya faktı ilə rastlaşmayıb və sadəcə sadəlöhvlüyündən irəli gələrək  bu məzmunda məlumatlar yayıb.

Hesab edirik ki, K.Abdullayeva burada sadəcə xırda fiqurdu, arxasında duran şəxslər onun sadəlövhlüyündən istifadə edərək öz çirkin əməllərinə alət etməyə çalışırlar.

Xəstəxananın vəzifəsindən asılı olmayaraq istənilən əməkdaşı iş gününün istənilən saatında Xəstəxananın baş direktoru Ülvi Mirzoyevin Mərkəzi Neftçilər Xəstəxanasının inzibati binasında yerləşən iş otağına gələrək öz müraciətlərini və təkliflərini, etiraz və şikayətlərini birbaşa ona bildirir.

Ü.Mirzoyev Mərkəzi Neftçilər Xəstəxanasına rəhbərlik etdiyi qısa müddət ərzində Xəstəxana əməkdaşlarının bütün müraciətlərinin araşdırılmasına və daima müsbət həllinə çalışmışdır.

Bir daha qeyd edirik ki, K.Abdullayeva öz müraciətində Ülvi Mirzoyevi rüşvət almaq kimi ağır cinayət törətməkdə ittiham edərək onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ciddi xələl gətirmişdir. K.Abdullayevanın MNX-nın direktoru Ülvi Mirzoyevə müraciət etmədən birbaşa ölkə rəhbərinə, kütləvi informasiya vasitələrinə müraciət etməsi onun qərəzli mövqeyinin bariz göstəricisidir.

Son olaraq onu da qeyd edim ki, əgər səsləndirilən məlumatlarda az da olsa həqiqət payı olsa idi, bu məsələnin bu qədər ictimailəşməsi şəxsən bizim marağımızda olmazdı.

Həqiqətin aşkara çıxması və bu məsələnin hüquqi müstəvidə həllinə çalışacağıq.

Yuxarıda qeyd olunanlara əsasən, "Neftçilər Xəstəxanasında özbaşınalıq" adı altında dərc edilən məqaləyə təkzib verilməsini Sizdən xahiş edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31