20 Yanvar faciəsi ilə bağlı virtual sərgi

20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində Milli Arxiv İdarəsi tərəfindən Dövlət Kino-Foto Sənədləri Arxivinin materialları əsasında "Qanlı yanvar...Danışır...arxiv sənədləri..." sərlövhəli virtual sərgi hazırlanıb.

Sərgidə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakı şəhərində həyata keçirdikləri qırğınlar və vandalizm aktlarını əks etdirən fotoşəkillərdən bir qismi yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31