20 Yanvar faciəsinin qurbanları Azərbaycanın ABŞ-dakı Səfirliyində anıldı
Azərbaycanın ABŞ-dakı Səfirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Səfirlikdən Olaylar.az –a bildirilib ki, mərasimə Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, ABŞ-da yaşayan Azərbaycan icması, tələbələr və yerli ictimaiyyətin nümayəndələri qatılıblar. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək 1990-cı ilin yanvar günlərində Bakı və ölkəmizin müxtəlif bölgələrində Azərbaycanın azadlıq və müstəqilliyi naminə aparılan mübarizədən bəhs edib, 20 Yanvar faciəsinin Sovet hakimiyyətinin xalqımızın haqlı tələblərinə verdiyi qanlı cavab olduğunu bildirib. O, Sovet imperiyasının süqutunu sürətləndirən Qara 20 Yanvar faciəsinin milli və mənəvi dirçəlişimiz baxımından əhəmiyyətini vurğulayıb, bunun Azərbaycanın müstəqilliyinə aparan şərəfli yol olduğunu qeyd edib.
21 Yanvar 2019 12:57 SosialAzərbaycanın ABŞ-dakı Səfirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Səfirlikdən Olaylar.az -a bildirilib ki, mərasimə Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, ABŞ-da yaşayan Azərbaycan icması, tələbələr və yerli ictimaiyyətin nümayəndələri qatılıblar. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək 1990-cı ilin yanvar günlərində Bakı və ölkəmizin müxtəlif bölgələrində Azərbaycanın azadlıq və müstəqilliyi naminə aparılan mübarizədən bəhs edib, 20 Yanvar faciəsinin Sovet hakimiyyətinin xalqımızın haqlı tələblərinə verdiyi qanlı cavab olduğunu bildirib. O, Sovet imperiyasının süqutunu sürətləndirən Qara 20 Yanvar faciəsinin milli və mənəvi dirçəlişimiz baxımından əhəmiyyətini vurğulayıb, bunun Azərbaycanın müstəqilliyinə aparan şərəfli yol olduğunu qeyd edib.
E.Süleymanov bu faciənin baş verdiyi günləri yada salaraq həmin vaxtın onun Moskvada tələbəlik illərinə təsadüf etdiyini bildirib və bu qanlı faciəyə dair həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə soydaşlarımızın səfərbər olunması istiqamətində görülmüş işləri xatırladıb. Bu xüsusda o, Ümummilli Lider Heydər Əliyevin Vətənimiz üçün taleyüklü günlərdə göstərdiyi sarsılmaz iradə və əzmkarlıqdan bəhs edib, onun Moskvada mətbuat konfransı keçirərək Azərbaycan xalqına və dünya ölkələrinə səsləndirdiyi müraciətinin soydaşlarımıza verdiyi mənəvi dəstək və bunun Azərbaycanın müstəqilliyinə aparan hadisə olduğunu qeyd edib.
Daha sonra görkəmli kino-rejissor, Azərbaycanın əməkdar incəsənət xadimi Şamil Nəcəfzadə 20 Yanvar hadisələrinin canlı şahidi olaraq, faciəylə bağlı xatirələrini bölüşüb. Səfirliyin müşaviri Vüqar Qurbanov çıxış edərək, hazırda müstəqil Azərbaycan vətəndaşı olaraq gənc nəslin, bu müstəqillik və onun verdiyi azadlıq və xoşbəxtliyi 20
Yekunda mərasimdə 20 Yanvar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onların ruhuna ehsan verilib.