Ramil Usubov polkovniki vəzifəsindən AZAD ETDİ və...
19 Yanvar 2019 14:15 SosialDaxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi baş verib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrə əsasən, Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.
Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev Binəqədi rayon Polis İdarəsinə rəis təyin edilib.
Vəzifəsindən azad edilən Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Neymətov isə Nəsimi rayon Polis İdarəsinin rəisi təyin olunub. (azvision.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31