"Binə"də külək reklam lövhəsini aşırdı - YARALANAN VAR
17 Yanvar 2019 21:21 SosialGüclü külək nəticəsində reklam lövhəsi yerindən qoparaq yaxınlıqdan keçən kişinin üstünə aşıb.
Virtualaz.org xəbər verir ki, hadisə bu gün "Binə" ticarət mərkəzində baş verib. Hadisə yerinə təcili yardım çağırılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, orta yaşlı kişi müştərək travma alıb. Hazırda vəziyyəti orta-ağırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31