Güclü külək TIR-ı aşırdı: Bakı-Salyan yolunda AĞIR QƏZA — VİDEO
17 Yanvar 2019 16:25 SosialBakı-Salyan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Ölkə.Az" Primetime-a istinadən xəbər verir ki, Bakı-Salyan yolunun 19-cu kilometrliyində külək ağır tonnajlı yük maşınını aşırıb. Qəza nəticəsində Türkiyə vətəndaşı olan sürücü xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım və FHN xilasediciləri gəlib.
TIR yol kənarındakı arakəsmə dəmirlərə çırpılaraq onları qırıb. Həmin görüntüləri təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31