Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüş

zərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İl boyu bilik” proqramı üzrə “Vətənin pərvəri ol!” layihəsi çərçivəsində Fondun Bilik evləri 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər təşkil edib. Olaylar.az bildirir ki, Qarabağ Regional Bilik Evi və Tərtər Tarix-Diyarşünaslıq Muzeyinin birgə hazırladıqları tədbir Qarabağ müharibəsi əlilləri və veteranların iştirakı ilə Muzeydə baş tutub. Görüş iştirakçıların Dövlət himnini birgə ifa etməsi ilə başlayıb. Qarabağ müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İl boyu bilik" proqramı üzrə "Vətənin pərvəri ol!" layihəsi çərçivəsində Fondun Bilik evləri 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər təşkil edib. Olaylar.az bildirir ki, Qarabağ Regional Bilik Evi və Tərtər Tarix-Diyarşünaslıq Muzeyinin birgə hazırladıqları tədbir Qarabağ müharibəsi əlilləri və veteranların iştirakı ilə Muzeydə baş tutub. Görüş iştirakçıların Dövlət himnini birgə ifa etməsi ilə başlayıb. Qarabağ müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Bilik Evinin müdiri Gülarə Əkbərova "Vətən sizə oğul deyir" mövzusunda mühazirə ilə çıxış edərək, sağlamlığını torpaqlarımızın bütövlüyü uğrunda qurban vermiş hər bir vətəndaşın dövlət tərəfindən xüsusi qayğı ilə əhatələndiyini diqqətə çatdırıb, belə görüşlərin gənc nəslin formalaşmasında böyük təsir gücünə malik olduğunu bildirib.

Muzeyin direktoru Aybəniz Şahbazi çıxışında bildirib ki, bu gün ölkəmizdə müşahidə edilən sürətli inkişaf sağlamlığını cəbhədə itirmiş hər bir döyüşçünün canı, qanı bahasına başa gəlib.

Tərtər batalyonunun keçmiş qərargah rəisi, hazırda istefada olan mayor Pənah Məmmədov gənclərə vətənpərvərlik ruhunun aşılanmasının vacibliyindən danışıb, belə görüşlərin davamlı olmasını arzulayıb.

Qarabağ müharibəsi veteranları Fəqan Qurbanov və Eldəniz İbadov iştirakçılarla döyüş xatirələrini bölüşüblər.

Növbəti tədbir Qax Bilik Evi və rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı gerçəkləşib. Bilik Evində keçirilən tədbiri kitabxananın müdiri Güllü Əhmədova açıb, belə bir günün təsis edilməsində başlıca məqsədin cəmiyyətdə, xüsusilə, gənclərdə əlilliyi olan insanlara diqqət və qayğı ilə yanaşmağı formalaşdırmaqdan ibarət olduğunu deyib. Bilik Evinin müdiri Rövşən Hədisov isə "Azərbaycanda əlillərə dövlət qayğısı" mövzusunda çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31