Nəsimi rayonunda iməciliklər davam edir

01 noyabr 2018-ci il tarixdə Nəsimi rayon ərazisində növbəti iməcilik keçirilmişdir. Rayon İcra Hakimiyyətindən “Olaylar"a bilrilib ki, iməcilik zamanı Cavadxan küçəsi boyunca müxtəlif növ, o cümlədən 500-dən artıq zeytun və badam ağacları,

01 noyabr 2018-ci il tarixdə Nəsimi rayon ərazisində növbəti iməcilik keçirilmişdir. Rayon İcra Hakimiyyətindən "Olaylar"a bilrilib ki, iməcilik zamanı Cavadxan küçəsi boyunca müxtəlif növ, o cümlədən   500-dən artıq zeytun və badam  ağacları,   H.B.Əliyev küçəsindən H.Seyidzadə küçəsinə qədər sahədə 2000-dən artıq mövcud ağaclara qulluq göstərilib. Rayonda davamlı olaraq həyata keçirilən yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər. Bu tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. İməclik keçirilən ətrafda yaşayan sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31