Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah

Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə mövcud olan bəzi sosial problemlərin həlli hər zaman Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olub. Müstəqilliyin ilk illərindən bu sahəyə yönələn diqqət və ötən illər ərzində əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verərək vətəndaşlarımızın, cəmiyyətin sosial rifah halının yaxşılaşdırılmasına təkan verib.

Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə mövcud olan bəzi sosial problemlərin həlli hər zaman Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olub. Müstəqilliyin ilk illərindən bu sahəyə yönələn diqqət və ötən illər ərzində əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verərək vətəndaşlarımızın, cəmiyyətin sosial rifah halının yaxşılaşdırılmasına təkan verib.

Sosial sahədə inqilabi yeniliklər

Danılmaz faktdır ki, 1988-ci ildən etibarən başlanan Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarımızın  20 faizinin işğala məruz qalması ölkədə bir çox problemlər kimi sosial problemlərin də meydana çıxmasına səbəb oldu. Öz dədə-baba torpaqlarından qovulan bir milyona yaxın qaçqın və məcburi köçkünün paytaxta və bölgələrə üz tutması o dövr üçün sosial və humanitar fəlakət sayılırdı. Çünki yenicə müstəqillik əldə etmiş Azərbaycan bir tərəfdən ağır iqtisadi durumda idi, digər tərəfdən isə müharibə şəraitində olduğundan ölkədə ağır sosial vəziyyət hökm sürürdü. Bütün bunların üzərinə qaçqın və məcburi köçkün probleminin də əlavə edilməsi Azərbaycanı çətin sosial vəziyyət qarşısında qoymuşdu. Lakin həmin dövr üçün xas olan problemlərin tezliklə həll ediləcəyi ümidləri də yox deyildi. Çünki artıq ölkəyə kifayət qədər böyük siyasi təcrübəsi olan, zəngin idarəetmə qabiliyyətinə malik bir şəxs, ümummilli lider Heydər Əliyev rəhbərlik edirdi. Məhz Heydər Əliyevin gərgin siyasi fəaliyyəti və uğurlu addımları nəticəsində ölkədə mövcud olan sosial problemlər tədricən həllini tapmağa başladı. Həmin problemlərin həll edilməsi və ölkənin inkişafını şərtləndirən əsas hadisə isə həmin dövrdə "Əsrin müqaviləsi"nin imzalanması oldu. 1994-cü il, sentyabrın 20-də imzalanmış "Əsrin müqavilısi" demək olar ki, Azərbaycanın , siyasi, iqtisadi, sosial və digər istiqamətlərdə inkişafının əsasını qoydu. Çünki zəngin təbii ehtiyatlara malik bəzi ölkələrdən fərqli olaraq Azərbaycan neftdən gələn gəlirlərdən səmərəli istifadə edir, bu gəlirləri xalqın sosial rifah halının yaxşılaşdırılmasına yönəldirdi.  O dövr üçün sosial sahədə atılan ən mütərəqqi addımlardan biri sosial problemlər içərisində yaşayan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması oldu.  Çadır şəhərciklərinin mərhələli şəkildə ləğvi ölkədə mövcud olan sosial problemlərin həlli istiqamətində atılan mühüm addımlardan idi.

Artıq neftdən gələn gəlirlər ölkə iqtisadiyyatının inkişafı, əhalinin sosial rifah halının yaxşılaşdırılması, əmək haqlarının, pensiya və müavinətlərin artırılması üçün də yeni-yeni imkanlar yaradırdı.

Neft gəlirlərinin sosial sahədə inqilabi yeniliklərə səbəb olduğu illər isə 2003-cü ildən etibarən başladı. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin 2003-cü ildə ölkə prezidenti seçilməsi ilə bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirildi ki, nəticə etibarilə əhalinin sosial təminatı bir qədər də möhkəmləndi.

                   Pensiya təminatının inkişafı əsas diqqət

                                         mərkəzində

Sosial sahədə həyata keçirilən mühüm tədbirlərdən biri də  Azərbaycanda pensiya təminatı sisteminin inkişaf etdirilməsi idi. Ölkədə pensiya islahatlarının daha da dərinləşdirilməsi məqsədi ilə 2016-2020-ci illər üçün yeni Dövlət Proqramının hazırlanması nəzərdə tutuldu.  Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı konsepsiyası"nın məqsədi pensiya təminatı sisteminin cari, ortamüddətli və uzunmüddətli dövr ərzində maliyyə dayanıqlılığına nail olmaqla bərabər, pensiya təminatının vətəndaşların sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməsi idi. Məhz bütün bunların və həyata keçirilən tədbirlərin nəticəsi idi ki, 2012-ci illə müqayisədə 2016-cı ildə minimum pensiya ölçüsündə 29,4 faiz artım qeydə alındı. Nəticədə 2016-cı ildə müvafiq göstərici 110 manat səviyyəsinə çatdı. Digər tərəfdən, təyin olunmuş orta aylıq pensiya məbləği isə 2012-ci illə müqayisədə 2016-cı ildə 22,3 faiz artdı.

Azərbaycanda sosial sahədə atılan mühüm addımlardan biri də ölkədə Ünvanlı Sosial Yardımın (ÜSY) tətbiq edilməsi idi. Belə ki,  əhalinin sosial təminat sisteminin daha da təkmilləşdirilməsi məqsədi ilə 25 fevral 2015-ci il tarixində "Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti tərəfindən Fərman imzalandı. Beləliklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi VEMTAS-ın (Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi) yaratdı.  Sosial müavinətlərin artırılması məqsədi ilə görülən tədbirlər nəticəsində 2012-ci illə müqayisədə 2015-ci ildə hər bir ailə üzvünə verilən ünvanlı sosial yardımın (ÜSY) həcmi 27 faiz artaraq 145,8 manata yüksəldi. Adambaşına məbləği isə müvafiq dövrdə 21,4 faiz artaraq 31,8 manata çatdı.  Ailələrin sosial yardıma olan ehtiyacının müəyyənləşdirilməsi qaydalarının təkmilləşdirilməsi məqsədi ilə Nazirlər Kabinetinin 11.02.2016-cı il tarixli qərar ilə "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na dəyişiklər olundu. Nəticədə müraciət zamanı tələb olunan sənədlərin sayı 15-dən 3-ə endirildi. Həmçinin Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli Qanununun tətbiqi haqqında sərəncamı ilə ÜSY-ın verilmə müddəti 1 ildən 2 ilə artırıldı.

İşsizlərə işsizlik müavinətinin verilməsi də ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan təqdirəlayiq addımlardan hesab edilir. İldən ilə işsizlərə bu məqsədlə verilən müavinətlərin artırılması da işsiz vətəndaşlar tərəfindən müsbət qarşılanır.

Prezident təqaüdləri də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlardan sayılır. İldən-ilə Prezident təqaüdü alanların sayının çoxalması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə öz müsbət təsirini göstərir. Beynəlxalq təşkilatların bu istiqamətdə bir neçə il əvvəl apardığı araşdırmalar və gəlinən nəticə də onu deməyə əsas verir ki, Prezident təqaüdləri alanların sayının artması əhalinin sosial rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Araşdırmalardan məlum olur ki, 2012-ci illə müqayisədə 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdü alan vətəndaşların sayında 58,6 faiz, şəhid ailələri üçün orta aylıq məbləğ 11,5 faiz, milli qəhrəmanlar üçün 67,7 faiz, müharibə əlilləri üçün isə 66,4 faiz artıb. Təqaüd alanların sayının artması ilə paralel olaraq Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2015-ci ildən etibarən I qurup əlliliyi olan şəxslərə aylıq 60 manat məbləğində təqaüdün təsis edilməsidir ki, nəticədə ölkə üzrə 18525 nəfər əlil Prezident Təqaüdü alanlar sırasına qoşulub. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2013 - cü il tarixli Sərəncamı ilə İkinci Dünya müharibəsində Leninqrad şəhərinin mühasirəsi zamanı orda olan və medal yaxud döş nişanı ilə təltif edilmiş vətəndaşlara Prezident təqaüdü təsis edilib.

                       Dünyaya nümunə olacaq yeniliklər

Dövlət başçısının müvafiq Fərmanına uyğun olaraq  şəhid hərbi qulluqçuların ailələrinə, onların vərəsələrinə birdəfəlik  ödəmələrin verilməsi də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mütərəqqi addımlardandır. Bu, Prezident İlham Əliyev tərəfindən atılan çox humanist bir addım olmaqla yanaşı, həm də . Azərbaycan dövləti, Prezident İlham Əliyevin şəhid ailəsinin, Qarabağ müharibəsi əlilinin, bütövlükdə, sosial müdafiəyə ehtiyacı olan hər bir vətəndaşın yanında olduğunun göstəricisidir. Məlumat üçün qeyd edək ki, "Həqiqi hərbi qulluqçuların şəxsi icbari sığortası haqqında" qanun 1997-ci ildə qəbul olunub və bundan sonra hərbi xidmət vəzifəsini yerinə yetirərkən dünyasını dəyişən, itkin düşüb ölmüş hesab olunan və əlil olanlar üçün birdəfəlik sığorta haqqı verilir. Amma 1997-ci ilə qədər bu kateqoriyadan olan insanların və ailələrinin  sığorta almaq imkanları olmayıb.  Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işçi qrupu və komissiya fəaliyyət göstərir. Proses tamamilə şəffaf həyata keçirilir.

Qeyd etdiyimiz kimi əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması hər zaman Azərbaycan dövləti, dövlət başçısı üçün prioritet olub. Elə bir müddət əvvəl dövlət başçısının əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında sərəncamı da belə deməyə əsas verir.  Sərəncamla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təşkili, "DOST" mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 milyon manat ayrılıb.

Ümumiyyətlə, son 15 il ərzində Prezident İlham Əliyev sosial siyasət və sosial müdafiə sistemində dünyaya nümunə olacaq ardıcıl və sistemli yeniliklər həyata keçirib. 2008-ci ildən başlayaraq  dünyada gedən iqtisadi və sosial böhrana baxmayaraq ötən müddətdə ölkəmizin dövlət büdcəsi həmişə sosial yönümlü və investisiya tutumlu olub. Buna əyani sübut  məhz gələn ilin büdcə xərclərinin 33.4 faizinin sırf sosial məqsədlərə yönəlməsidir. Gələn ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlərin həcmi bütövlükdə artıb, əhalinin rifah halının yaxşılaşmasına xidmət edən maraqlı detallar ortaya qoyulub.

Süleyman İsmayılbəyli

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31