"Qızlarınızı döyün, əcəb edirsiniz" -  Elzadan sərt sözlər

Axşam.az-ın məlumatına görə, müğənninin bu dəfə bazara aparıblar. Aparıcı Ruslan Ağayevin "Hobbiniz nədir? Çox kişilərə yox demisiniz" sözlərinə belə cavab verib:

"Hobbim gözəllikdir. Anam o qədər elçiləri qapıdan yollayıb ki... Onların nəfsi qalıb üstümdə".

Seyidcahan "Qızını döyməyən, dizini döyər" sözlərinə münasibət bildirərkən "Anamız bizi döyməsəydi, indi dizini döyərdi. Vaxtında məni çox döyüb. Siz də qızlarınızı döyün, əcəb edirsiniz" deyib.

Elza söyüş söyən olduğunu da etiraf edib:

"Atam heç eşşək sözünü deməyib. Mən amma çox söyüş söyürəm. Maşın sürəndə lap çox. Həyat məni söyüşçül edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31