Aparıcı Zaur müğənnini tənqid etdi: “Qaytar nişanı. Əmi qızı ilə evlənmək olar?”

 

 

Müğənni Əhməd Mustafayev nişanlanmasından danışıb.

Axşam.az  bildirir ki, sənətçi "Zaurla Günaydın" proqramında bildirib ki, ailə qurmağa hazırlaşdığı qız əmisi qızıdır.

Aparıcı Zaur Baxşəliyev isə "Qaytar nişanı. Əmi qızı ilə evlənmək olar? Gələcəkdə o qədər problemlər olur ki... Biz görürük ki, uşaq olanda nə qədər xoş olmayan hallar yaşanır" sözlərini deyib.

Əhməd isə analizlər verib, hər şeyi əvvəlcədən öyrəndiklərini bildirib:

"Mənim üçün sevgidən önəmli hörmətdir. Bir-birimizə hörmətimiz var. Bu, mənim üçün oyuncaq deyil. Kənar xanım deyil. Bunları əvvəlcədən düşünmüşük. Analizləri vermişik, heç bir problem yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31