Evlilik təklifi etmək istədi, üzük kanalizasiyaya düşdü - Video
3 Dekabr 2018 07:16 SosialNyu-York polisi nişan üzüyünü kanalizasiyaya salmış kişini axtarır.Bu barədə Nyu-York Polis Departamentinin "Tvitter" səhifəsində bildirilir.Qeyd olunur ki, Manhettenin mərkəzi Taymz Skverdə evlilik təklifi edən kişinin əlindən kanalizasiyaya düşən üzük tapılıb: "O (gəlin) "hə!" dedi, lakin kişi o qədər həyəcanlı idi ki, üzüyü kanalizasiyaya saldı".Polis Departamenti bildirib ki, üzüyü sahibinə qaytarmaq istəyir. Qurumun "Tvitter" səhifəsində həmçinin üzüyün fotosu və həmin anın video görüntüsü yayılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31