Bu tum bizi xərçəngdən qoruyur
3 Dekabr 2018 07:09 SosialAmerikanın İllinoys Universitetinin alimlərinin araşdırmalarına görə, günəbaxan tumu süd vəzi, yumurtalıq, bağırsaq, dəri və ağ ciyərdə bəd xassəli şişlərin inkişafına mane ola bilir. Tumlardakı folium turşusu və vitamin B6 şişlərin qarşısını alır. Günəbaxan tumları həmçinin dəridəki sızanaqları da aradan götürür.
Günəbaxan Kolumb Amerikanı kəşf etdikdən sonra Avropaya bəzək bitkisi kimi gətirilib. Günəbaxan tumunun bioloji dəyəri ət və yumurtadan yüksəkdir. Tumda olan çoxlu miqdarda amin turşuları orqanizmdə maddələr mübadiləsini tənzimləyir, xolesterinin səviyyəsini normada saxlamağa yardım edir, aterosklerozun və miokard infarktının qarşısını alır. Günəbaxan tumunda ürəyin və beynin normal işləməsi uçun vacib olan fosfor, maqnezium və kalium da var.
E vitamini güclü antioksidantdır, xərçəng əleyhinə fəaliyyət göstərir, orqanizmi aterosklerozdan və müxtəlif cür şüalardan qoruyur. E vitamininə gündəlik tələbatı ödəmək uçun 50 qr günəbaxan tumu yemək kifayətdir.