Dizellə işləyən avtomobillər istifadədən ÇIXARILA BİLƏR - Sədr yeni TƏLƏBLƏRİ AÇIQLADI
1 Dekabr 2018 15:25 SosialBakıda dizel yanacağı ilə işləyən avtobuslar istifadədən çıxarıla bilər.
Publika.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistlər Birliyinin BNA-ya təşkil etdiyi media tur zamanı bildirib.
V.Kərimli deyib ki, avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni tələblər hazırlanıb.
BNA rəhbəri qeyd edib ki, həmin tələblər hökumətə təqdim olunub: "Tələblərdən biri də odur ki, 2022-ci ildən etibarən paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri sıxılmış qaz və elektriklə işləyən avtomobillərdən ibarət olsun. Bizim üçün ətraf mühit vacibdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31