İxtisasartırma təlimlərinin növbəti mərhələsi

Ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimlərinin növbəti mərhələsinə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası” adlı təlimlərin təşkil olunmasının əsas məqsədi ibtidai sinif şagirdlərində oxu vərdişlərini formalaşdırmaq, oxuyub-anlama və yazılı mətnlər üzərində işləmə bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimlərinin növbəti mərhələsinə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "OLAYLAR"-a bildirilib ki, "Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası" adlı təlimlərin təşkil olunmasının əsas məqsədi ibtidai sinif şagirdlərində oxu vərdişlərini formalaşdırmaq, oxuyub-anlama və yazılı mətnlər üzərində işləmə bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Təhsil Nazirliyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə keçirilən növbəti təlimlərdə Bakının 12 inzibati rayonu üzrə 480 ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulub.

Təlimlərdə məktəblilərə oxunun əsas komponentləri ilə iş, şagirdlərin oxuya həvəsləndirilməsi yolları, oxuyub-anlama bacarıqlarının inkişafında idrak taksonomiyasının rolu, oxu dərslərinin mərhələli şəkildə təşkili, köməkçi oxu metodlarından istifadə, səmərəli oxu strategiyalarının tətbiqi və digər mövzulara toxunulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31