Prezidentdən siqaret çəkən məmura İRAD - Əlindən aldı və...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirlərin birində fasiləsi zamanı siqaret çəkən məmura yaxınlaşaraq ona öz iradını bildirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, siqaret və spirtli içkidən uzaq olan Ərdoğan məmurdan siqaret qutusunu alaraq bir daha zərərli vərdişdən istifadə etməməsini tapşırıb.

Ərdoğan 2010-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "Siqaretə qarşı Beynəlxalq Mübarizə Xüsusi Medalı" ilə təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31