AzTU-da Beynəlxalq Elmi-texniki konfrans keçirilir

Azərbaycan Texniki Universitetində (AzTU) “Ölçmə və keyfiyyət: problemlər, perspektivlər” mövzusunda Beynəlxalq Elmi-texniki konfrans öz işinə başlayıb.

Azərbaycan Texniki Universitetində (AzTU) "Ölçmə və keyfiyyət: problemlər, perspektivlər" mövzusunda Beynəlxalq Elmi-texniki konfrans öz işinə başlayıb.  Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, konfransın plenar iclasında AzTUnun rektor əvəzi, professor Xalıq Yahudov Azərbaycanda ölçmə və keyfiyyətə nəzarət sahəsində olan nailiyyətlərə toxunaraq, bu sahədə olan problemlər və perspektivlər haqqında danışıb. Rektor əvəzi bildirib ki, konfransın məqsədi metrologiya və keyfiyyət məsələlərinin aktual problemlərini müzakirə etmək, perspektivlərini müəyyənləşdirmək və beynəlxalq miqyasda bu sahədə aparılan elmi-tədqiqat işlərini ümumiləşdirməkdən  ibarətdir.

Digər çıxış edənlər bildiriblər ki, konfransın praktiki əhəmiyyəti sənayenin bir sıra sahələri üçün böyük önəm kəsb edir. Belə ki, konfransın yekununda Azərbaycanda maşınqayırma, neft-qaz istehsalı sənayesi, hərbi sənaye komplekslərinin, cihazqayırmanın və digər uyğun sahələrin daha da inkişaf etdirilməsinə dair elmi nəticə və təkliflər ümumiləşdirilərək istehsalata tövsiyə ediləcək. Azərbaycan Texniki Universiteti və Rusiya Federasiyası 

Metroloji Xidmət ElmiTədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransa Metrologiya və keyfiyyət problemləri ilə məşğul olan yerli və xarici ali təhsil müəssisələri, dövlət orqanları, biznes strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və s. qurumların nümayəndələri dəvət olunub. Konfrans üç gün davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31