Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktorun döyülməsinə münasibət bildirdi
21 Noyabr 2018 14:55 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə qarşı baş vermiş fiziki zorakılıq halını pisləyir və şiddətlə qınayır. "OLAYLAR" xəbər verir ki, bu fikirlər İdarənin yaydığı məlumatda əksini tapıb. Açıqlamada bildirilib ki, bir təhsil müəssisəsinin rəhbərinə qarşı şəxsi toxunulmazlıq və digər hüquqi prinsiplərin kobud şəkildə pozulması ilə müşahidə olunan fiziki zor tətbiq edilməsi və bədən xəsarətləri yetirilməsi ölkəmizin təhsil ictimaiyyəti tərəfindən hiddətlə qarşılanır.
Qeyd edək ki, məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır.
Noyabrın 20-də aldığı ağır xəsarətlər səbəbindən 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə baş çəkilib, səhhəti ilə maraqlanılıb.
T.Mirzəliyevə şəfa diləyir və hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırması aparılan məsələnin ədalətli hüquqi qiymət alacağına inanırıq.