Mətbuat Şurası və Rusiyanın Jurnalistlər İttifaqı birgə mətbuat konfransı keçirdi

Noyabrın 21 –də Sputnik Xəbər Agentliyinin ofisində Azərbaycan Mətbuat Şurası ilə Rusiyanın Jurnalistlər İttifaqının əməkdaşlıq haqqında Memorandumu ilə bağlı mətbuat konfransı keçirilib. Olaylar.az bildirir ki, politoloq İlqar Vəliyevin açılışını etdiyi konfransda Rusiya Jurnalistlər İttifaqının rəhbəri Vladimir Solovyev, Rusiyanın məşhur publisisti Rafael Hüseynov və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak edib.

Noyabrın 21 -də Sputnik Xəbər Agentliyinin ofisində Azərbaycan Mətbuat Şurası ilə Rusiyanın Jurnalistlər İttifaqının əməkdaşlıq haqqında Memorandumu ilə bağlı mətbuat konfransı keçirilib. Olaylar.az bildirir ki, politoloq İlqar Vəliyevin açılışını etdiyi konfransda Rusiya Jurnalistlər İttifaqının rəhbəri Vladimir Solovyev, Rusiyanın məşhur publisisti Rafael Hüseynov və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak edib.
Konfransında ilk olaraq çıxış edən Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov əməkdaşlıq Memorandumunun iki ölkənin media qurumları, eləcə də jurnalistləri arasındakı təmasın daha sistemli şəkildə qurulması üçün etibarlı baza rolunu oynayacağına əminliyini vurğulayıb. Qurumun fəaliyyətindən danışan sədr bildirib ki, Rusiya Jurnalistlər İttifaqı Avropanın ən böyük jurnalist təşkilatlarındandır. Tərkibində 100 min nəfəri birləşdirən ittifaqda 82 regional təşkilat, 40 yaradıcılıq birliyi, assosiasiyası təmsil olunur. Prezident İlham Əliyevlə görüş zamanı ölkələrimiz və jurnalistlər arasındakı əlaqələr haqqında danışdıqlarını qeyd edən Vladimir Solovyov bildirdi ki, rəhbərlik etdiyi qurum Rusiyada söz azadlığının inkişafı üçün jurnalistlərlə iş aparır: "Jurnalistlər hər zaman bacarıqlarını təkmilləşdirməli, yeni texnologiyalardan istifadə bacarıqlarını artırmalıdırlar. Səfərim zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildim. Bu görüşdə bizim ölkələr və jurnalistlər arasındakı əlaqələr barədə danışdıq. Bundan başqa biz Xəzər regionunda jurnalist təşkilatlarının ittifaqının yaradılmasını müzakirə etdik".

Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib ki, noyabrın 18-də Azərbaycan Mətbuat Şurası və Rusiya Jurnalistlər İttifaqı arasında imzalanan müqavilə iki ölkə jurnalistləri arasında əlaqələri daha da inkişaf etdirəcək.

Müqavilənin əsas məqsədin əlaqələrin möhkəmləndirmək olduğunu qeyd Mətbuat Şurasının sədri bildirdi ki, bu vaxta qədər də iki ölkə arasında jurnalistika sahəsində əlaqələr mövcud idi:"İmzalanmış müqavilənin də əlaqələrimizin möhkəmləndirilməsinə töhfəsini verəcəyinə inanırıq.

Rafael Hüseynov da çıxışında Prezident İlham Əliyevin bu əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb: "Cənab İlham Əliyev Heydər Əliyevin təməlini qoyduğu siyasəti uğurla davam etdirir. O, Rusiya-Azərbaycan jurnalistlərinin əməkdaşlığını yüksək qiymətləndirdiyini qeyd etdi. Cənab Əliyev Azərbaycanda baş verən hadisələrdən tam xəbərdar olmadan yazan bəzi rus jurnalistlərdən narazı olduğunu da qeyd etdi və ölkədə baş verənləri öz gözləri ilə görmələri üçün rus jurnalistləri Azərbaycana dəvət etdi".

Qeyd etmək istərdim ki, hər iki ölkə jurnalistlərinin qarşılıqlı səfərləri planlaşdırılır. Mayda Azərbaycan jurnalistləri Rusiyaya səfər edəcəklər".

Qeyd edək ki, noyabrın 20-də Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında imzalanmış əməkdaşlıq Memorandumunda jurnalistlərin və KİV nümayəndə heyətlərinin biri-birinin fəaliyyəti ilə tanış olmaları üçün qarşılıqlı səfərlərin təşkili də nəzərdə tutulub. Həmçinin təcrübə mübadiləsi, birgə layihə və proqramların həyata keçirilməsinə dəstək göstərilməsi, jurnalistikaya dair təlim vasitələrinin hazırlanmasında və nəşrində birgə iştirak, hər iki ölkənin, eləcə də digər maraqlı ölkələrdən olan tərəflərin iştirakı ilə konfranslar, treninqlər, müsabiqə və seminarlar təşkil etmək, qarşılıqlı maraq doğuran məsələlərdə informasiya mübadiləsi aparmaq və sair məqamlar nəzərdə tutulub.

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31