“Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsinin açılış konfransı keçirilib

Noyabrın 21-də Abşeron Mariott otelində Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi (Junior Achievement Azerbaijan) Avropa İttifaqı və PAŞA Bank tərəfindən maliyyələşdirilən “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” adlı layihəsinin açılış konfransı keçirildi.

Noyabrın 21-də Abşeron Mariott otelində Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi (Junior Achievement Azerbaijan) Avropa İttifaqı və PAŞA Bank tərəfindən maliyyələşdirilən "Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək" adlı layihəsinin açılış konfransı keçirildi. 

Olaylar.az xəbər verir ki, konfransı Azərbaycan Gənclərinin Nailiyyəti İB-in idarə heyətinin sədri, Şevron Xəzər şirkətinin ölkə üzrə rəhbəri Bəxtiyar Axundov tədbiri açıb. Təhsil nazirinin müavini xanım Məhəbbət Vəliyevaya cəmiyyətin davamlı inkişafında təhsilin mühüm rolunu vurğulayaraq "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nı iştirakçıların diqqətinə çatdırdı. M. Vəliyeva öz çıxışında gənclər arasında maliyyə savadlılığının və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətinə də toxunub. Qeyd olunub ki, 21-ci əsrdə maliyyə savadlılığı və sahibkarlıq bacarıqları şagirdlərin əldə etməsi gərəkən ən vacib səriştələrdəndir və bu səbəbdən "Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək" layihəsinin icrası Təhsil Nazirliyi üçün böyük əhəmiyyət kəsb edir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri  səfir Kestutis Yankauskas bu layihənin Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlığın prioritet istiqamətləri ilə uyğun gəldiyini qeyd etdi. Belə ki, layihə gənclərin səriştə və bacarıqlarını inkişaf etdirmək yolu ilə təhsil sisteminin əmək bazarının tələblərinə cavab verməsini təmin edir, iş yaratma və iqtisadiyyatın diversifikasiyasına dəstəkləyir. Səfir onu da vurğuladı ki, layihənin vətəndaş cəmiyyətini ölkənin sosial-iqtisadi inkişafı proseslərinə cəlb edərək və dövlət və ozəl sektoru bir araya gətirərək icra olunması xüsusilə əhəmiyyətlidir.

Qeyd edilib ki, ölkəmizdə 11 ildir tətbiq olunan yeni təhsis proqramları (kurikulum) əsasında şagirdlərdə aşılanması vacib olan bacarıqlar arasında maliyyə savadlılığı da önəm kəsb edən məsələlərdəndir. Şagirdlər məktəblərdə tədris olunan həyat bilgisi fənni vasitəsilə məhz bu istiqamətdə müvafiq bilik və bacarıqlara yiyələnirlər. Bu gün dövlət və özəl sektor arasındakı əməkdaşlıq nəticəsində məhz XXI əsrin bacarıqlarına yönələn müxtəlif layihələrin tətbiqi Təhsil Nazirliyi qarşısında duran prioritet istiqamətlərdəndir. Bu istiqamətdə müxtəlif miqyasda maliyyə savadlılığının artırılması ilə bağlı layihələr həyata keçirilir.

Açılış nitqlərindən sonra konfrans işinə "Gənclər arasında sahibkarlıq və maliyyə savadlılığı mövzusunda" təşkil olunmuş panel müzakirəsi ilə davam etdi. Müzakirə zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva, BARAMA İnnovasiya və Sahibkarlıq Mərkəzinin baş direktoru İmran Bağırov, Paşa Bank ASC-nin Korporativ Bankçılıq və Biznesin İnkişafı şöbəsinin direktoru Aynurə Piriyeva və AGN İB-in icraçı direktoru Sevinc Məmmədova təqdimatlar etdilər. 

Sevinc Məmmədova iştirakçılara layihənin məqsədi, vəzifələri və fəaliyyət istiqamətləri haqqında detallı məlumat verdi.

Qeyd edək ki, layihə 2018-2021-ci illərdə Bakı, Gəncə, Qax, Mingəçevir, Xaçmaz, Masallı, Qəbələ və Zaqatala rayonlarında yerləşən ilk ixtisas peşə və orta məktəblərdə təhsil alan 3000 şagirdi və 150 müəllimi əhatə edəcək. Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək layihəsi dörd əsas mərhələdə - maliyyə savadı və sahibkarlığın əsasları istiqamətində metodik vəsaitlərin və elektron resursların hazırlanması, pilot məktəblərdən seçilmiş 150 müəllimin  təlimçilərin təliminə cəlb olunaraq peşəkar bacarıqlarının artırılması, şagirdlər üçün məşğələ və təlimlərin təşkili, pilot məktəblərdə özəl sektorun  iştirakı ilə sahibkarlıq mərkəzlərinin yaradılması - həyata keçiriləcəkdir. AGN bu layihəni JA Estoniya, AMFA, BARAMA İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində icra edəcək.  

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31