Bilik Fondu loqopediya üzrə təlimlərə başlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində “Məktəbəqədər təhsildə korreksiyaedici təlim” ixtisası üzrə təhsil alan tələbələr üçün loqopediya üzrə təlimlərə başlanılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində "Məktəbəqədər təhsildə korreksiyaedici təlim" ixtisası üzrə təhsil alan tələbələr üçün loqopediya üzrə təlimlərə başlanılıb.

Olaylar.az bildirir ki, Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova tələbələrə təmsil etdiyi qurumun həyata keçirdiyi maarifləndirici layihələr barədə məlumat verib. Bildirib ki, nitq mədəniyyəti ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindəndir. Nitq qüsurlarının aradan qaldırılması və qarşısının alınması şəxsiyyətin harmonik inkişafına təkan verərək, ünsiyyət mədəniyyətinin formalaşması və təkmilləşməsinə şərait yaradır. Təlimçi "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin əməkdaşı, defektoloq-loqoped Ülviyyə Qurbanova loqopediyanın defektologiyanın mühüm bir sahəsi olduğunu vurğulayaraq, eyni zamanda, ümumpedaqoji vəzifələrin həyata keçirilməsinə kömək etidiyini bildirib. Təlim müddətində "Səs tələffüzünün korreksiyası", "Nitq inkişafının ləngiməsinin korreksiyası", "Nitq inkişafının geriliyinin korreksiyası", "Miofunksional gimnastika. Loqopedik massaj" mövzularında seminarların keçirilməsi nəzərdə tutulur.

Təlimlərin yekunu olaraq, fəal iştirakçılara Bilik Fondunun müvafiq sertifikatlarının təqdim edilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31