Ölən azərbaycanlı qadın 8 nəfəri xilas etdi
21 Noyabr 2018 12:49 SosialGüney Azərbaycanın Muğan şəhərində vəfat edən azərbaycanlı qadının bədən üzvləri orqana ehtiyacı olan xəstələrə bağışlanıb.
43 yaşlı Seyyidətac Sərmirinin bədən üzvləri ailəsinin razılığı ilə xəstələrə bağışlanıb. Mərhumun orqanları 8 nəfəri ölümdən qurtarıb.
Yüksək qan təzyiqindən infarkt keçirən qadının beyin ölümü diaqnozu təsdiqləndikdən sonra ailəsi tərəfindən bu qərar verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31