Bakıda döyülən məktəb direktorundan XƏBƏR var - VİDEO
21 Noyabr 2018 11:00 SosialÖtən gün aktyor Rza Rzayev tərəfindən döyülən Bakı şəhəri, Yasamal rayonu, 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alır.
Bu barədə sözügedən məktəbdən bildiriblər.
3 saylı Şəhər Klinik Xəstəxanasından isə Trend-ə bildirilib ki, xəstənin vəziyyəti normallaşmağa doğru gedir:
"Xəstə Tural Mirzəliyev kəllə-beyin travması ilə ötən gün xəstəxanaya qəbul olunub. Hazırda xəstənin vəziyyəti normaldır. Müalicə davam etdirilir".
Qeyd edək ki, Təhsil Nazirliyindən hadisə ilə hüquq-mühafizə orqanlarının məşğul olduğu bildirilib./trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31