Nişanlısı Hiltondan 2 milyonluq üzüyünü geri istəyir

Aktyor Kris Zilka onu toyqabağı tərk edən nişanlısı Peris Hiltondan 2 milyon dollarlıq üzüyünü geri istəyir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" yazıb. Noyabrın 11-nə planlaşdırılan toy Hiltonun qəfil ayrılıq qərarı ilə baş tutmayıb. Belə olan halda Kris Perisdən 20 karatlıq brilyant üzüyünü qaytarmasını tələb edib.

Kaliforniya qanunları da aktyorun tərəfindədir. Belə ki, qanuna görə, gəlin toydan imtina edərsə, bəy namizədi nişan üzüyünü geri almaq hüququna sahibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31