Məşhur aktyorun hər gün qəbrinə gül düzən sirli qadın kim idi
21 Noyabr 2018 06:07 Sosialkuliz.az tanınmış aktyor, Əməkdar artist Hamlet Xanızadənin qızı Aygün Xanızadə ilə müsahibəni təqdim edir.
- Aygün xanım, vaxtilə atanızın işlədiyi teatrda indi özünüzün işləməsi, gəlib-getməsi necə hissdir?
Biz həmişə uşaqlıqdan bura gəlmişik. İndi burdakı iş yoldaşlarımla hərdən söhbətləşəndə deyirəm ki, teatrın qoxusu mənim üçün tanışdır. Çünki uşaqlıqdan atam bizi həmişə bura gətirirdi. Əlbəttə ki, atama doğma olan teatrda indi özümün işləməyim fəxr vericidir. Teatrda mən sanki özümü tapmışam.
- Atanız uzun illər işlədiyi teatrdan sonralar uzaqlaşır. Sizcə, buna səbəb nə idi?
- Teatrla əlaqələrini kəsəndən sonra o, daha çox kinolara çəkilməyə başladı. Əlbəttə ki, teatrdan getməsinin səbəbləri var idi. Ancaq o, ümumiyyətlə, evdən kənarda baş verənlər haqqında, problemləri barədə danışmağı sevməzdi. Bizim qonşularımızın çoxu sənət adamları idi. Bürcəli Əsgərovun ailəsi ilə çox yaxın olmuşuq. O da evdə söz danışan adam deyildi. Amma arada qulağımıza çatırdı ki, atamı teatrda incidiblər. İndi özüm burda işləyəndən sonra daha çox buna əmin oldum ki, onu həm incidiblər, həm irəli getməsinə imkan verməyiblər. Elə rollar olub ki, onları atam ifa etməli olduğu halda, onu başqa aktyorlara veriblər. Düzdür, atam işdən çıxma səbəbini maaşının az olması ilə əlaqələndirirdi. Lakin mən buna inanmıram. Çünki o, sənətini
sevən insan idi. Bu sevgidə maddiyyat rol oynaya bilməzdi. Sadəcə olaraq incimişdi.