Yeniçağ.az xalq artisti Aygün Bayramovanın həyat yoldaşı, iranlı iş adamı Fəraməz Gərmrudinin həyat yoldaşı və kiçik qızı Kəramənin fotosunu əldə edib.Qeyd edək ki, Gərmrudinin fars əsilli xanımının adı Hürmətdir. İş adamının Kəramə adlı kiçik qızı ailəlidir və İranda yaşayır.Xatırladaq ki, İran vətəndaşı olan Gərmrudi 1955-ci ildə İranda anadan olub, 3 qız atasıdır. Qızları ailə qurub, ikisi İranda, biri Almaniyada yaşayır. Artıq baba olan 63 yaşlı Fəraməz İranda Almaniyanın məşhur "KÖHEL" avtomobillərinin rəsmi distribüteridir. Gərmrudi Azərbaycanda musiqi aləmində ud ifaçısı və müğənni kimi tanınır.Qeyd edək ki, iş adamı eyni zamanda tez-tez Azərbaycan Televiziyasında verilişlərdə oxumaq və ud ifa etməklə musiqi məharətini sərgiləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31