Şəkidə 20 yaşlı qadından AĞLASIĞMAZ ADDIM: siçan zəhəri içdi və...
21 Noyabr 2018 04:54 SosialŞəkidə gənc qadın intihara cəhd edib.
Hadisə axşam saatlarında Cəyirli kəndində baş verib.
Kənd sakini, 1998-ci il təvəllüdlü Nərminə İlyas qızı Rəhimova yaşadığı evdə intihar etmək məqsədilə siçan zəhəri içib. Vəziyyəti ağırlaşan 20 yaşlı qadın Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan "Report"a bildirilib ki, qadına ilkin tibbi yardım göstərilib və vəziyyəti sabitləşib.
Qeyd edək ki, N.Rəhimova ailəlidir, onun altı aylıq körpəsi var. Qadının hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31