Taksi sürücüsü pulunu unudan sərnişini 8 saat gözlədi
20 Noyabr 2018 06:58 SosialMoskva şəhərində Qırğızıstandan olan taksi sürücüsü maşınında pulqabını unudan sərnişinə onu qaytarmaq üçün səkkiz saat gözləyib. Qız bu barədə facebook səhifəsində məlumat verib.
Varya Bortsova Moskvaya səhər saat 5-də gəlib və evə getmək üçün taksiyə minib. Evə çatan kimi yatan və növbəti gün oyanan qadın görüb ki, maşında pulqabısını və bank kartlarını itirib. Qız sürücünü yardım xidməti vasitəsilə tapmağa çalışsa da, buna nail olmayıb. "Növbəti yarım saat mən panika işində təsəvvür edirdim ki, rus mafiyası mənim şəxsiyyət vəsiqəmi oğurlayıb və Soçidə mənim pullarım hesabına kef edir"- bunu da qız deyib. Bu zaman qızın atası pəncərədən blokun qabağında dəqiqələrdir dayanan bir taksi sürücüsü görüb.
Məlum olub ki, taksi sürücüsü də maşında unudulmuş pulqabı görən kimi onun sahibini axtarmağa başlayıb. Taksi parkında sərnişin barədə məlumatlar olmayıb. Bu zaman o, qızı qoyduğu evin qabağına gəlib və blokun qarşısında gözləməyə başlayıb. Bortsova blokdan çıxanda onlar hər ikisi ağlamağa başlayıblar. "Siz nə qədər yatırsız? Mən dondum"- bunu sürücü deyib. Təşəkkür əlaməti olaraq qız ona yolpulundan beş dəfə artıq məbləğ ödəyib.