Müəllimlər üçün seminar keçirilir

Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseydə istedadlı şagirdlər üçün xüsusi siniflərdə tədris prosesinin təkmilləşdirilməsi, tədris plan və proqramlarının müzakirə edilməsi, yerlərdə görülən işlər barədə məlumatların toplanması məqsədi ilə seminar keçirilib.

Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseydə istedadlı şagirdlər üçün xüsusi siniflərdə tədris prosesinin təkmilləşdirilməsi, tədris plan və proqramlarının müzakirə edilməsi, yerlərdə görülən işlər barədə məlumatların toplanması məqsədi ilə seminar keçirilib. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki,  Bakı şəhəri və 15 rayondan 120 müəllimin iştirakı ilə keçirilən seminarda rəy və təkliflər dinlənilib, müəllimlərlə öyrədici iş aparılıb, bu siniflərdə həyata keçiriləcək bir sıra məsələlər geniş müzakirə edilib. Belə seminarların tədris ili ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, istedadlı şagirdlər üçün  riyaziyyat-informatika təmayüllü (7-ci siniflər) və təbiət elmləri təmayüllü (8-ci siniflər)  siniflər yaradılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31