“İrəli” növbəti qalibləri müəyyənləşdirib
“Azərbaycanın İntellektual Birİncisi” layihəsi çərçivəsində Ağdaş, Ucar, Yevlax, Göyçay, Zərdab, Mingəçevir şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Aran iqtisadi rayonu üzrə zona turniri Mingəçevir şəhərində keçirilib. “OLAYLAR”-a İctimai Birlikdən verilən məlumata görə, Mingəçevir şəhər İcra Haкimiyyətinin başçısının 1-ci müavini İlham İsmayılov, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev çıxış edərək layihə iştirakçılarına uğurlar arzulayıblar.
19 Noyabr 2018 16:34 Sosial"Azərbaycanın İntellektual Birİncisi" layihəsi çərçivəsində Ağdaş, Ucar, Yevlax, Göyçay, Zərdab, Mingəçevir şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Aran iqtisadi rayonu üzrə zona turniri Mingəçevir şəhərində keçirilib. "OLAYLAR"-a İctimai Birlikdən verilən məlumata görə, Mingəçevir şəhər İcra Haкimiyyətinin başçısının 1-ci müavini İlham İsmayılov, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev çıxış edərək layihə iştirakçılarına uğurlar arzulayıblar.
Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux,Tovuz şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Gəncə-Qazax iqtisadi rayonu üzrə zona turniri Şəmkir şəhərində keçirilib. Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov Şəmkir şəhərində gənclərlə bağlı atılan addımlar haqqında məlumat verib, sonda layihə iştirakçılarına uğurlar arzulayıb.
Hər iki iqtisadi rayon üzrə baş tutan zona turnirində "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov iştirak edib. Çıxış edən M.Seyidov ölkədə gənclər üçün yaradılan şəraitdən, dövlət proqramından, intellektual yarışların gənclər üçün əhəmiyyətindən danışıb və sonda layihə iştirakçılarına uğurlar arzulayıb.
4 intellektual oyunu ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") əhatə edən layihədə Aran iqtisadi rayonu üzrə zona turnirində "Vətəni tanı" intellektual oyununda Yevlax, "Xəmsə"intellektual oyununda Ucar, ,"Axtar-tap","Nə? Harada? Nə zaman?" intellektual oyunlarında Mingəçevir şəhərinin gənc intellektualları qalib olublar.
Gəncə-Qazax iqtisadi rayonu üzrə zona turnirində "Xəmsə", "Vətəni tanı", "Nə? Harada? Nə zaman?" intellektual oyunlarında Gəncə şəhərinin, "Axtar-tap" intellektual oyununda Tovuz rayonunun gənc intellektualları qalib olublar
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Qeyd edək ki, "Azərbaycanın İntellektual Birİncisi" layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçiriləcək.