Alpaqut Turan döyüş sənəti üzrə dünya çempionatı keçiriləcək

Azərbaycan 5 gün sonra Alpaqut Turan döyüş sənəti üzrə ilk Dünya Çempionatına ev sahibliyi edəcək.

Azərbaycan 5 gün sonra Alpaqut Turan döyüş sənəti üzrə ilk Dünya Çempionatına ev sahibliyi edəcək. 

Olaylar.az xəbər verir ki, Dünya Çempionatı Xalq Cümhuriyyətimizin 100 illiyi şərəfinə ilk dəfə olaraq paytaxt Bakıda keçiriləcək. Yarışda 500 dən çox idmançı öz güclərini sınayacaq.

Türkiyə, Pakistan, Rusiya, Almaniya, Macarıstan, Nigeriya, Gürcüstan və İran kimi bir çox ölkələr çempionatda iştirak edəcək. 

Qeyd edək ki, Azərbaycan Alpaqut Federasiyasının vitse prezidenti və qarşıdakı yarışın Mandat Komissiyasının sədri Rafiq Qasımovdur.

Xatırlatma: Alpaqut (Alp: döyüşçü, Qut: müqəddəs) - Müqəddəs Döyüşçü mənasındadır. Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, muassir döyüş sənəti üzərində koonsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31