Təhsil naziri cari dərs ili ilə bağlı əmr imzalayıb
19 Noyabr 2018 15:50 SosialTəhsil naziri Ceyhun Bayramov "2018-2019-cu dərs ilində "Ədəbiyyat biliciləri" müsabiqəsinin keçirilməsi barədə" əmr imzalayıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilir. Müsabiqədə iştirak könüllü xarakter daşıyır. Müsabiqə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, mütaliəyə maraqlarının gücləndirilməsi məqsədi ilə keçirilir.
"Ədəbiyyat biliciləri" müsabiqəsi üç mərhələdə təşkil olunur. Müsabiqənin məktəb mərhələsi noyabr-dekabr, rayon (şəhər) mərhələsi yanvar-fevral, ölkə mərhələsi mart-aprel aylarında keçiriləcək.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31