Qaradağ Rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salınıblar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 18-21 noyabr 2018-ci il tarixlərində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən bu tur-aksiyada Qaradağ rayon məktəbliləri Lənkəran-Masallı-Astara şəhərlərinə səfər ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 18-21 noyabr  2018-ci il tarixlərində "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən bu tur-aksiyada Qaradağ rayon məktəbliləri Lənkəran-Masallı-Astara şəhərlərinə səfər ediblər. Qaradağ rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, noyabr ayının 18-də Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində tur -aksiyada iştirak edəcək Qaradağ rayon məktəblilərinin yola salınması ilə bağlı görüş keçirilib. Əvvəlcə iştirakçılar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə tər güllər düzüb, dahi rəhbərə hörmət və ehtiramlarını bildirdilər. Görüşdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı  Süleyman Mikayılov  şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması, "Əsrin müqaviləsi" adını almış neft kontraktının vaxtının uzadılması, TAP və TANAP layihələrinin uğurla icra olunmasından, gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışmışdır.Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır.

YAP Qaradağ Rayon Təşkilatının sədri, millət vəkili Aydın Hüseynov gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır. Əvvəlki illərdə iştirak edən şagirdlərin zəngin və xoş təəssüratlarla döndüklərini qeyd edən natiq bu səfərin də çox uğurlu və faydalı olacağına əmin olduğunu vurğuladı. Görüşdə çıxış edən valideynlər və müəllimlər məktəblilərə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Sonra rayonun Lökbatan qəsəbəsindəki musiqi məktəbinin kollektivlərinin hazırladıqları musiqi proqramı təqdim olunub. Rayon İcra Hakimiyyəti tərəfindən qrupa rəhbər təyin olunmuş, şagirdləri müşayiət edəcək müəllim və həkim heyəti seçilmişdir. Şagirdlər üçün xüsusi geyimlər müəyyən olunub.Tur-aksiya zamanı məktəblilərin Lənkəran şəhərində -  Heydər Əliyev Mərkəzinə, Bayraq Meydanına, Gənclər Mərkəzinə, "Qoşa Qala" qapılarına, Həzi Aslanovun ev muzeyinə, Dairəvi qalaya, Mayak binasına baxış, Masallı şəhərində -  Heydər Əliyev Mərkəzinə, Tarix-diyarşünaslıq  Heydər Əliyev parkı, Uşaq İncəsənət məktəbi, Bayraq Meydanı və Dövlət Rəmzləri  muzeyi, Olimpiya İdman Kompleksi, ASAN həyat kompleksi, Viləşçay su anbarı, Astara şəhərində - Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə baxış, Bulvara, "Yanar Bulağ"ekskursiya, Astara çay fabriki ilə tanışlıq və digər tarixi yerlərə də səfərləri təşkil olunacaqdır. Mərasim başa çatdıqdan sonra şagirdlərə xatirə hədiyyələri təqdim olundu və Lənkəran-Masallı-Astara şəhərlərinə səfər etmək üçün xüsusi ayrılmış avtobuslarla  yola salınıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31