BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?

Abel Məhərrəmovun işdən çıxarılmasından sonra Bakı Dövlət Universitetində total yoxlamalar başlayıb.

Medianews.az yenicag.az-a istinadən xəbər verir ki, ötən gündən etibarən ali təhsil ocağına giriş-çıxış bağlanılıb, hər tərəf möhürlənib.

Yoxlamaları bir neçə qurumun ortaq apardığı bildirilir.

Yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarətdir.

Yoxlamalar nəticəsində ciddi həbslərin olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31