Sel Bodrumu viranə qoydu
18 Noyabr 2018 14:43 SosialTürkiyənin əsas turist şəhərlərindən olan Bodruma güclü sel gəlib.
Publika.az "Hürriyet"ə istinadən xəbər verir ki, leysan yağışlardan sonra Mersinin sahil hissələrinə, xüsusi ilə Bodruma sel gəlib.
Hadisə nəticəsində şəhərə ciddi ziyan dəyib, xeyli avtomobil yararsız vəziyyətə düşüb. Bir neçə nəqliyyat vasitəsini isə sel dənizə sürüyüb atıb.
Sel fəlakəti zamanı bir neçə nəfərin itkin düşdüyü, xeyli insanın xilas edildiyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31