9500-dən artıq şəhid ailəsinə birdəfəlik ödəmə veriləcək - Nazir
17 Noyabr 2018 17:05 Sosial"İlham Əliyevin 2018-ci ildə prezident seçiləndən sonra imzaladığı ilk fərman məhz şəhid ailələri ilə bağlı oldu".
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, hazırda Prezidentin bu fərmanı uğurla icra olunur:
"Prezident İlham Əliyev bu il büdcədən bu işin icrası üçün 58 milyon, gələn il 50 milyon manat vəsaitin ayrılması ilə bağlı göstəriş verib. 9500-dən artıq şəhidlərimizin varisinə bu vəsait təqdim olunacaq. Bu işlər şəhid ailələirimizin sosial rifahının yaxşılaşdırılmasına yönəlib. 224 şəhidin 300-dək varisinə qərarın tətbiqinə başlanılıb. Növbəti həftə ərzində 300-dən artıq şəhidin varisinə birdəfəlik sığorta haqqının ödənilməsi nəzərdə tutulur. Ümumilikdə hədəfimiz cari ilin sonuna qədər 1000 şəhid ailəsinə birdəfəlik ödənişlərin edilməsidir".