Rəisin qızına cərimə yazan polis - Mükafatlandırıldı
17 Noyabr 2018 17:02 SosialYol polisinin rəisi onun qızına cərimə yazan əməkdaşını mükafatlandırıb.
Teleqraf.com xəbər verir ki, bu hadisə Türkiyənin Təkirdağ şəhərində baş verib.
Yol polisi əməkdaşı avtomobil idarə edərkən mobil telefonla danışan Gizem Aydını dayandırıb. Daha sonra ona avtomobil sürərkən telefonla danışdığı üçün cərimə yazıb.
Hadisədən xəbər tutan Gizem Aydının atası, yol polisi rəisi Mustafa Aydın qızına cərimə kəsən polis məmurunun mükafatlandırılması haqda göstəriş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31