Ədliyyə Nazirliyi Abel Məhərrəmovun qardaşı ilə bağlı xəbərləri rəsmi təkzib etdi

Bəzi xəbər portallarında Ədliyyə Nazirliyi Kadrlar idarəsinin rəisi Rauf Məhərrəmovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı həqiqətə uyğun olmayan yanlış məlumatlar yer almaqdadır. Musavat.com xəbər verir ki, bu sətirlər Ədliyyə nazirliyinin yaydığı təkzib mətnində yer alıb.

Daha sonra orada yazılıb: "Ədliyyə Nazirliyi mətbuat xidməti bildirir ki, həmin məlumatlar tamamilə uydurma olmaqla sensasiya xarakteri daşıyır və R.Məhərrəmov hazırda iş başındadır və öz vəzifəsini icra edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31