Bu yollarda hərəkət məhdudlaşdırılır
17 Noyabr 2018 10:59 SosialAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ( AAYDA) Akademik Milli Dram teatrı ətrafındakı yolları qismən məhdudlaşdıracaq.
Bu barədə Olaylar.az-a agentlikdən bildirilib.
Qeyd edilib ki, Akademik Milli Dram teatrının ətrafında olan yollarda aparılan profilaktik işlər çərçivəsində noyabrın 17-18 tarixlərində sözügedən ərazidə hərəkət işlərin aparıldığı hissələr üzrə qismən məhdudlaşdırılacaq: "Belə ki, yolun bağlanması nəzərdə tutulmur".
"AAYDA sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir", - deyə məlumatda vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31